Siyasət

Korsikalı partiya funksioneri: “Fransanın Korsikada nüvə sınaqları keçirmək planı olub”

Sharing is caring!


“Fransa Korsikada nüvə sınaqları keçirəcəkdi, lakin bunu fransızların özləri belə təhlükəli hesab edirdilər”.

“Report” xəbər verir ki, bunu “Corsica Libera” partiyasının nümayəndəsi Fransua Benedetti mətbuat konfransında bildirib.

“Hamı Fransanın Polineziyada keçirdiyi nüvə sınaqlarından danışır. Onlar Korsikanın şimalında sınaqlar keçirəcəkdilər. Lakin Korsikanın həmin hissəsi Fransanın özünə yaxın olduğu üçün bunu etmədilər”, – partiya funksioneri bildirib.

F.Benedetti Korsikanın 250 ildir müstəqillik uğrunda mübarizə apardığını vurğulayıb: “Hazırda Fransanın xarici regionlarla bağlı siyasəti bir qədər dəyişib. Paris müstəqillik ideyasını dəstəkləyir, lakin Korsika xalqının hüquqlarını tanımır”.

O vurğulayıb ki, Korsika hökuməti təkbaşına qərar qəbul etmək səlahiyyətinə malik olsa da, prefektura veto hüququndan istifadə edə bilər: “Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron çıxışı zamanı birləşmədən danışdı və “Korsika xalqı” ifadəsini işlətməməyi xahiş etdi. Bu, çox şey ifadə edir”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir