Dünya

Tonalidən şok etiraf: “Milan”ın oyunlarına mərc edib

Sharing is caring!


İngiltərənin “Nyukasl” klubunun futbolçusu Sandro Tonalinin mərc oyunlarında iştirakı ilə bağlı yeni detallar məlum olub.

Məlumata görə, 23 yaşlı yarımmüdafiəçi “Milan”da çıxış edərkən “rossoneri”nin oyunlarına pul qoyub. Lakin o yalnız özünün oynamadığı matçlara mərc edib. Bunu futbolçu özü etiraf edib.

Araşdırmanın yekununda Tonalinin hansı müddətə cəza alacağı dəqiqləşməyib. Ancaq bunun yeddi ay cəzalandırılan “Yuventus”un futbolçusu Nikolo Facolidən daha çox olacağı bildirilir. Məlumata görə, Tonalini birillik müddətə futboldan uzaqlaşdırma cəzası gözləyir.

Xatırladaq ki, İtaliya millisinin daha bir üzvü – Nikolo Zanyolonun adı da mərc oyunlarında iştirakda hallanır.

Mənbə: football-italia.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir