Dünya

ABŞ Livandakı bəzi səfirlik işçilərinə ölkəni tərk etməyə icazə verdi

Sharing is caring!


ABŞ səlahiyyətliləri ölkənin Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarına gözlənilməz təhlükəsizlik riski səbəbindən ölkəni tərk etmələrinə icazə verib.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirişdə, həmçinin, ABŞ vətəndaşlarından İsrail və “Hizbullah”, eləcə də digər silahlı qruplar arasında qarşılıqlı raket və artilleriya hücumları ilə bağlı təhlükələrə görə Livana səfərlərini təxirə salmaları istənilib.

Departament Livandakı vətəndaşlarına silahlı qarşıdurma ehtimalı səbəbindən xüsusilə İsraillə sərhədə yaxın ərazilərə baş çəkməməyi də tövsiyə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir