Dünya

İranda həbs olunan azərbaycanlı həkim Təbriz zindanına köçürüldü – FOTO

Sharing is caring!

Molla rejimi tərəfindən həbs olunan azərbaycanlı həkim Təbrizin mərkəzi zindanına köçürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, “Şühəda” xəstəxanasının ortoped rezidenti, doktor Rza Rzazadə dekabrın 7-də Təbriz Prokurorluğuna çağırılıb, sonra isə həbs edilib. O, ölkənin idarəçilik sistemini və rəhbəri təhqir etməkdə ittiham olunub.

Rza Rzazadənin dünən 7 saylı şöbənin prokuroru Hadi Qafuryanın əmri ilə Təbrizin mərkəzi həbsxanasına köçürüldüyü bildirilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir