Cəmiyyət

Paytaxtda quraqlığadavamlı və yerli iqlimə uyğun ağaclar əkilir – FOTO

Sharing is caring!


Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Mövsümlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparılır.

Son vaxtlar Bakının flora müxtəlifliyi xeyli artırılıb, həmçinin şəhərin iqlim şəraitinə uyğunlaşmış yerli ağac növlərinin də əkilməsi aparılır. Eyni zamanda qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığadavamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsinə üstünlük veriləcək. Görülən işlər  təcrübəli landşaft dizaynerləri və mütəxəssislərin iştirakı ilə aparılacaq.

Mövsüm ərzində paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin iqliminə uyğun, xüsusi rəng çalarları ilə seçilən, qırmızı, sarı, ağ rəngdə gülləri ilə şəhərə xüsusi  gözəllik verəcək Lənkəran akasiyası, çezalpiniya, jumolas, qlisiniya  əkilməsi, yeni formada yaşıllıq güşələrinin yaradılması həyata keçiriləcəkdir. İlkin vaxtda yeni kollar sakinlərimizin daha çox olduqları gəzinti və istirahət yelərində – Mərkəzi, Qış, Atatürk və Nizami parklarında, əsas prospekt və küçələr boyunca əkiləcək.

Sakinlərimizə də öz həyətlərində bu cür ağac və kolların əkilməsi tövsiyə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir