Dünya

Zaxarova: “Üçtərəfli İşçi Qrupunun işində irəliləyiş qeydə alınıb”

Sharing is caring!


Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsas elementidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupuna həvalə edilib. Bu günə kimi Üçtərəfli İşçi Qrupunun 12 iclası keçirilib. Dəmir yolu və avtomobil marşrutlarının perspektivi detallı nəzərdən keçirilib”, – deyə rusiyalı diplomat vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Üçtərəfli İşçi Qrupunun 12-ci iclasının yekunlarına əsasən, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üsullarının razılaşdırılmasında irəliləyiş qeydə alınıb.

“Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üçün konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Biz öz işimizdə hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına hörmət prinsiplərinə riayət etmək zərurətindən çıxış edirik”, – deyə Mariya Zaxarova əlavə edib.

O, həmçinin vurğulayıb ki, kommunikasiyaların blokdan çıxarılması istiqamətində əldə olunan uğurlar Üçtərəfli İşçi Qrupunun işində əldə olunan uğurlar digər sahələrdəki fəaliyyətlərə də əlavə təkan verəcək.

“Bu, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və ictimai fəallarla parlamentarilər arasında dialoqun başlanmasına da aiddir”, – deyə M.Zaxarova fikrini tamamlayıb.

Mənbə: Trend

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir