Dünya

İsraildə türk jurnalistlərinin olduğu yerə raket düşdü – VİDEO

Sharing is caring!


Sderot şəhərinə endirilən raket zərbələri nəticəsində iki türk jurnalist yaralanıb.

Bu barədə “CNN Türk”ün bölgədə olan müxbiri məlumat verib.

Onun sözlərinə görə, raketlərdən biri türk media nümayəndələrinin yerləşdiyi yerin yaxınlığına düşüb. Türkiyənin “İHA” xəbər agentliyinin iki jurnalisti yüngül xəsarət alıb və onlara hadisə yerində tibbi yardım göstərilib.

Daha əvvəl HƏMAS-ın hərbi qolu olan “İzz əd-Din əl-Qassam briqadaları”nın Sderot şəhərinə raket zərbələri endirdiyi bildirilmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir