Cəmiyyət

Azərbaycanın yüksək və çox yüksək yanğın təhlükəsi olan bölgələri açıqlanıb

Sharing is caring!


Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Göygöl, Daşkəsəndə orta, Gəncə, Naftalan, Tərtər, Ağdamda yüksək, Şəmkir, Ağstafada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Oğuz, Qəbələdə orta yanğın təhlükəsi növünə çatıb.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Qrız, Şahdağ, Xızı) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Qrızda kiçik, Xızı, Şahdağ, Qusarda orta, Qubada yüksək, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi İsmayıllı, Şamaxıda orta, Qobustanda isə yüksək yanğın təhlükəsi növünə çatıb.

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə 25.07.2023-cü il tarixində yanğın indeksi Lerik, Astara, Yardımlıda orta, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatıb.

Qeyd edilib ki, iyulun 26-da gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir