Dünya

İranda yenə zəlzələ olub

Sharing is caring!


İranın cənubunda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 352 min insanın yaşadığı Bəndər Abbas şəhərindən 30 km şimalda olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu, gün ərzində bölgədəki üçüncü zəlzələdir. Bundan əvvəl ABŞ Geoloji Xidməti və Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi 5,3 və 5,2 bal gücündə zəlzələlər qeydə alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir