Dünya

SAXAL Qəzzada İsrailə sızmağa rəhbərlik edən “Nuhba” yaraqlılarını məhv etdi – VİDEO

Sharing is caring!


İsrail qırıcıları cümə günü Qəzza zolağında bir neçə hədəfə zərbələr endirib, onlarla fələstinli HƏMAS yaraqlısını məhv edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

“SAXAL Qəzza zolağında HƏMAS terrorçularının hədəflərinə zərbələr endirməkdə davam edir və onlarla “Nuhba” terrorçusunu məhv edib”, – deyə müdafiə qurumunun sosial şəbəkə hesabından bildirilib.

Bəyanatda deyilir ki, “Nuhba” yaraqlıları ötən şənbə (oktyabrın 7-də) İsrailə sızmağa rəhbərlik edən aparıcı qüvvələrdən biri idi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir