Ana Səhfə Cəmiyyət

Balaca Tunarın köməyinizə ehtiyacı var

Sharing is caring!

Tunarın xəstəliyi ölümcül əzələ xəstəliyidir. SMA 1-ci tip diaqnozu qoyulub. Ən ağır və ən ciddi formasıdır. Bu uşaqlar əyləşə bilmir, hərəkətsiz bir şəkildə uzanırlar, qidanı da zondla qəbul edirlər, nəfəsi çətinliklə alırlar. Hətta saatdan bir aparatla boğazı, nəfəs yolu təmizlənməlidir.

XəbərAl.az xəbər verir ki, bu xəstəliyin müalicəsi var. Amerikada 2 yaşdan aşağı uşaqlar üçün “ZolgenSMA” adlı iynədir. Lakin dünyanın ən bahalı iynəsidir. Hazırda ABŞ və Avropada olan iynənin qiyməti 2.4 milyon $. Bu iynə ilə tək istifadədə xəstəlikdən xilas olacaqdır. Məbləğin artıq 35% i yığılıb. Tunarın 1 həftə öncə vəziyyəti daha da ağırlaşdı hər 2 ciyəri turulmuşdu, burada heç bir xəstəxana qəbul etmədiyi üçün Türkiyəyə aparıldı. Türkiyədə Acıbadem xəstəxanasında reanimasiyadadır. Orada SMA diaqnozlu körpələr çox olduğu üçün anlayış da çoxdur deyə ilkin müdaxilələr etdilər. Tunarın çox az vaxtı qalıb. Körpənin adı Bağırov Tunardır , anasının adı isə Səbinə xanımdır. Əslində sizinlə danışılmışdı. Hətta verilişə də çıxılacaqdı sadəcə Tunarın vəziyyəti ağırlaşdı deyə Türkiyəyə gedəsi oldular ciyərlərin təmizləyirlər Türkiyədə.

Əlaqə nömrəsi:0503617299 (Anası Səbinə Xanım)

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir