Dünya

Arxeoloqlar Qazaxıstan ərazisində məbəd aşkar ediblər – FOTO

Sharing is caring!


Qazaxıstanın cənubunda yerləşən Türkistan vilayətinin Qızılqol tarixi-mədəni ərazisində qazıntı işi aparan arxeoloqlar məbəd qalıqlarına rast gəliblər.

Mütəxəssislər iddia edirlər ki, tapıntı Cənubi Qazaxıstan ərazisində mövcud olmuş qədim Kanqyuy dövlətinin dövrünə aiddir.

“Bu ərazi Şoşak Babanın ritual və məbəd kompleksi hesab olunur. Biz burada Qazaxıstan arxeologiya elmində ilk dəfə olaraq perimetri və daxili divarları daşdan tikilmiş məbədlə qarşılaşdıq”, – deyə qazaxıstanlı arxeoloq alimi Aleksandr Poduşkin deyib.

Alim qeyd edib ki, arxeoloji qazıntı nəticəsində ortaya çıxmış, təxminən iki min il əvvələ aid tikili Orta Asiya üçün xarakterik deyil.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir