Dünya

İsrailin Rusiyadakı səfiri: “Əgər “Hizbullah” bu münaqişəyə cəlb edilərsə…”

Sharing is caring!


“İsrail ümid edir ki, digər sərhədlərdə, xüsusilə, Livanla şimal sərhədində əlavə hərbi əməliyyatların başlanmasına ehtiyac olmayacaq”.

Bu barədə İsrailin Moskvadakı səfiri Aleksandr Ben Svi danışıb.

“Bildiyiniz kimi, orada digər terror təşkilatı “Hizbullah” var və bu təşkilat İranla sıx əlaqəlidir. Və onlar da hansısa şəkildə xırda təxribatlara və çirkin oyunlara əl atmağa çalışırlar. Orada mərmilər, raketlər yerləşdirilib, baxmayaraq ki, Livan hökuməti rəsmi olaraq bəyan edib ki, İsraillə hərbi əməliyyatlara girməkdə qətiyyən maraqlı deyillər”, – deyə diplomat bildirib.

Eyni zamanda, səfir qeyd edib ki, “Hizbullah”ın münaqişəyə cəlb edilməsi kimi iddiaları mövcuddur. Aleksandr Ben Svi ümid etdiyini bildirib ki, qrup və Livan rəhbərliyi bu halda cavabın sərt olacağını və bunun təkcə “Hizbullah”a deyil, həm də Livanın infrastrukturuna zərbə vuracağını anlayacaqlar.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir