İdman

“Kəpəz” “Benfika”nın sabiq futbolçusunu transfer etdi

Sharing is caring!


“Kəpəz” heyətini yeni qapıçı ilə gücləndirib.

Gəncə təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, portuqaliyalı İqor Rodriges “sarı-göylər”in formasını geyinəcək.

28 yaşlı qolkiperlə mövsümün sonuna qədər müqavilə bağlanıb.

Onun son klubu ölkəsində “Feyrense” olub. O, Portuqaliyanın tanınmış komandalarından olan “Benfika” ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klublarında oynayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir