Dünya

Əsir götürülən israillilərin saxlanıldığı yer məlum oldu

Sharing is caring!


“HƏMAS-ın əsir götürdüyü israillilər böyük ehtimalla yerin altında saxlanılırlar”.

Bu açıqlama ilə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus çıxış edib.

Bundan əvvəl girovların Qəzza zolağında yaraqlıların istifadə etdiyi yeraltı tunellərin labirintlərində saxlanıldığı dair fikirlər səsləndirilib.

“Məntiqim mənə deyir ki, onlar yerin altında saxlanılır. Məntiqim mənə həm də onu deyir ki, madam HƏMAS bu hücumu həyata keçirməyi və insanları girov götürməyi planlaşdırmışdı, deməli, bu girovları harada gizlədəcəklərini və onları İsrail kəşfiyyatından gizlətməyi də əvvəlcədən planlaşdırıb”, – deyə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi qeyd edib.

SAXAL nümayəndəsi əlavə edib ki, girovlarla bağlı vəziyyət son dərəcə həssas və mürəkkəbdir:

“İsrailin girovları azad etmək təcrübəsi olsa da, heç vaxt oxşar halla qarşılaşmayıb”.

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir