Cəmiyyət

Azərbaycan və Gürcüstan Candargöl su anbarından birgə istifadə edəcək – FOTO

Sharing is caring!

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə cəmiyyətin nümayəndələri Gürcüstanda səfərdə olublar. Səfər “Gürcüstan Meliorasiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəvəti ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Candargöl su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb.

Həmçinin, səfər zamanı Qardabani suvarma sistemlərinə də baxış olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir