İdman

Çempionlar Liqası: “Mançester Siti” və “Real” rəqiblərini evdə qəbul edəcəklər

Sharing is caring!


UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, günün qarşılaşmaları İngiltərə və İspaniyada baş tutacaq.

Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkəcək. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən “şəhərlilər”in yoluna davam etməməsi möcüzə olar.

ÇL-in ən titullu komandası “Real” da Almaniya “Leypziq”i ilə ev matçı öncəsi üstünlüyə malikdir. İspaniya nəhəngi səfərdə qazandığı 1:0 hesablı qələbənin davamını evdə gətirməyə çalışacaq.

Qeyd edək ki, bu gecə “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

7 mart

00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu
İlk oyun – 3:1.

00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya)
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun – 1:0.

Xatırladaq ki, 1/8 final mərhələsinin digər 4 cavab oyunu martın 12-13-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir