Dünya

NATO-dan İsrail açıqlaması: “Özünümüdafiə haqqı var”

Sharing is caring!


NATO İsrailin HƏMAS-ın hücumuna cavabını mütənasib hesab edir.

Bunu alyansın baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

“İsrailin cavabı mütənasibdir. Biz gözləyirik ki, münaqişə davam etdikcə, İsrail günahsız mülki insanların itkisinin qarşısını almaq üçün əlindən gələni edəcək. Biz görürük ki, Birləşmiş Ştatlar münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün münaqişə zonasında hərbi mövcudluğunu artırıb”, – deyə Stoltenberq bəyan edib.

Onun sözlərinə görə, İsrail artıq bir neçə NATO ölkəsindən kəşfiyyat məlumatları və digər yardım növləri ilə təminat şəklində dəstək alıb.

“NATO eyni vaxtda bir neçə çağırışa cavab verə bilər. NATO ölkələrinin Yaxın Şərqdəki vəziyyətə cavab vermək imkanları var. Artıq bir sıra NATO ölkələri İsrailə kəşfiyyat və digər yardım növləri ilə bağlı yardım göstərib”, – alyans rəhbəri qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir