Dünya

Ərdoğan: “Türkiyə münaqişənin tez bir zamanda dayandırılması üçün əlindən gələni etməyə hazırdır”

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mor Efrem Süryani qədim ortodoks kilsəsinin açılış mərasimində mühüm açıqlamalar verib.

O bildirib ki, ölkəsi regioanda sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazırdır.

“Bölgədə gərginliyi artıracaq, daha çox qan tökülməsinə səbəb olacaq, problemləri daha da dərinləşdirəcək istənilən addımdan çəkinmək lazım olduğunu vurğulayırıq.

Oda odun tökməyin heç kimə faydası yoxdur. Türkiyə münaqişələrin tez bir zamanda dayandırılması və son hadisələrlə artan gərginliyin azaldılması üçün əlindən gələni etməyə hazırdır. Biz əmin-amanlığın bərpası üçün başlatdığımız diplomatik səyləri gücləndirməkdə qərarlıyıq”, – deyə Ərdoğan bəyan edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir