Dünya

Qırğızıstan və Tacikistan razılığa gəldi

Sharing is caring!


Tacikistan və Qırğızıstanın hökumət nümayəndə heyətlərinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işçi qrupları iki ölkənin sərhədi üzrə olan 43,32 kilometr ərazi üzrə razılığa gəliblər.

Tacikistan mətbuatının məlumatına görə, tərəflər müvafiq protokol imzalayıblar.

Qeyd olunur ki, 2023-cü il oktyabrın 3-dən 7-dək Qırğızıstanın Batken vilayətinin Batken şəhərində iki ölkənin hökumət nümayəndə heyətlərinin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hüquqi məsələlər üzrə topoqrafik işçi qruplarının görüşü keçirilib.

İşçi qrupunun növbəti görüşü isə Tacikistan ərazisində baş tutacaq.

Məlumat üçün əlavə edək ki, Qırğızıstanla Tacikistan arasında 970 kilometrlik sərhəd hələ də tam demarkasiya olunmayıb. Bu məqam iki ölkə arasında Sovet İttifaqının süqutundan sonra davamlı gərginliklərə səbəb olub, silahlı toqquşmalara gətirib çıxarıb.

Mənbə: Khovar.tj

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir