Dünya

İranlı nazir: “Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsə tezliklə hökm oxunacaq”

Sharing is caring!


İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfərə yola düşüb.

APA xəbər verir ki, nazir hava limanında jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki, İran və Azərbaycan Respublikası arasında ticarət balansı əvvəlki vəziyyətinə qayıtmalıdır.

O, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin işini məhkəmə sistemi rəhbərinin və prezidentin təqib etdiyini diqqətə çatdırıb.

“Tezliklə təqsirləndirilən şəxsə hökm oxunacaq”, – Mehrdad Bəzrpaş əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir