Cəmiyyət

Mars roveri hazırlayan polşalı tələbələr: “Gənclərin kosmik sənaye ilə məşğul olmaları xoşdur” – FOTO

Sharing is caring!


“İki həftə öncə keçirilən “Rover Challange”ə qatıldıq və Marsda müşahidə robotu layihəmiz orada qalib gələrək birinci yerə layiq görüldü”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Polşanın AGH Krakov Universitetinin (AGH University of Krakow) tələbələri Lukas Qlivinsgi və Arkadinsz Mika deyiblər. 

Tələbələr həm də 2026-cı ildə keçiriləcək astronavtika konqresində iştirak üçün namizədliklərini veriblər. Lukas Qlivinsgi deyir ki, bu, Polşanın Krakov Universitetinin səkkizinci tələbə layihəsidir:

“Layihə ümumi olaraq hazırda Polşada kosmos təbliğatının bir hissəsidir. Həmçinin, tələbələri öyrətmək və “Rover Challenge” seriyasında iştirak etmək üçün tədbirlər həyata keçirilir. İki həftə əvvəl layihəmiz birinci yerə layiq görülüb. Bu gün isə biz artıq IAC-2023 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycandayıq. Polşanı təmsil edirik və bu mənim Beynəlxalq Astronavtika Konqresində ilk iştirakımdır. Mən görürəm ki, bir çox insan səmaya maraq göstərir. Bunu görmək çox gözəldir. 

Bizi kosmos və robototexnika maraqlandırır. Əgər cavansınızsa və vaxtınız varsa, kosmosla maraqlanın. Məsələn, biz məktəbə getdiyimiz zaman başqalarına da bu barədə məlumatlar veririk, insanlara bu layihənin nələr edə biləcəyi barədə danışırıq”.

Arkadinsz Mika isə konqres çərçivəsində nümayiş etdirdikləri layihələri barədə danışarkən qeyd edib ki, gənclərin kosmik sənaye ilə məşğul olmaları və perspektivləri dəyərləndirmələri xoşdur:

“Konqres çox yaxşı keçir. Mən çox bəyənirəm. Dünyanın hər yerindən çoxlu kosmik agentliklər və astronavtlar iştirak edirlər. Tələbə kimi burada olmaq çox xoşdur. Bir sıra Avropa ölkələrinin nümayəndələri var. ABŞ və NASA ilə əməkdaşlıq və bilgi əldə etmək istəyənlər bir çox şirkətlərlə söhbətləşə bilərlər. Onlarla çox maraqlı fikir mübadiləsi aparırıq, biliklərimizi paylaşırıq. Eyni zamanda, özəl sektordan da bir çox şirkətlər var. Burada biliklərimizi təkmilləşdirmək üçün gözəl fürsətlər mövcuddur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir