Abşeron rayonunda kürəkən qayınanasını döyüb.
APA-nın məlumatına görə, hadisə Novxanı qəsəbəsi, İ.Qayıbov küçəsində baş verib.
1976-cı il təvəllüdlü Əhmədova Elnarə Həsənağa qızı döyülmə xəsarətləri ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin ruhi-əsəb xəstəsi olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.