Dünya

Baydenin oğlunun borcları 10 milyon dolları keçib

Sharing is caring!


ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin borcları 10 milyon ABŞ dollarını keçib. Federal ittihamlarla üzləşdiyi üçün və bahalı məhkəmə ehtimalı ilə o, daha milyonlarla dollar pul xərcləyə bilər.

Qeyd edək ki, Hanter silah saxlamaqda, eləcə də vergi cinayətlərində ittiham olunur.

Bundan əvvəl H.Bayden ABŞ prokurorları ilə razılaşmanın bir hissəsi olaraq vergi cinayətləri də daxil olmaqla, üç ittiham üzrə özünü təqsirli bilib. O, silahların saxlanması zamanı pozuntuları da etiraf edib. Belə ki, oktyabrın ortalarında narkotik vasitələr istifadə etdiyi halda “Colt” tipli tapançaya sahib olub, bu isə qanun pozuntusudur.

Hanterin dostları silah məsələsinin barışıq razılaşması ilə həll olunacağına ümid edirlər. Lakin bu ümidlər özünü doğrultmaya da bilər.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir