Dünya

İqor Korotçenko: “Bakının Qranadadakı görüşdə iştirakdan imtinası mövcud siyasi reallıqlara uyğundur”

Sharing is caring!


“Azərbaycanın Qranadadakı görüşdə iştirakdan imtina etməsi mövcud siyasi reallıqlara uyğundur”.

“Report” xəbər verir ki, bu sözləri Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Bakının oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan beştərəfli görüşdə iştirak etməmək qərarını şərh edərkən deyib.

“Diplomatik təşəbbüs Azərbaycanın tərəfindədir. Əgər belə bir qərar qəbul edilibsə, düşünürəm ki, hesablanmış və təsdiqlənmiş bu qərar mövcud siyasi reallıqlara daha çox uyğun gəlir”, – deyə Korotçenko bildirib.

Onun fikrincə, diplomatiya və geosiyasət nöqteyi-nəzərindən bu, düzgün qərardır, xüsusən də strateji, siyasi və hərbi təşəbbüs Bakının əlindədir.

Ekspert qeyd edib ki, Avropa İttifaqı və Fransa tamamilə anti-Azərbaycan mövqe tutublar.

“Bu şərtlərdə görüşün Nikol Paşinyanla təkbətək deyil, hələ bir neçə avropalı oyunçunun da olması ilə planlaşdırıldığı halda, Bakı, təbii ki, Türkiyə prezidentini görüşə dəvət etməklə vəziyyəti balanslaşdırmaq istəyirdi. Və bu təklif Ermənistan və onun avropalı tərəfdaşları tərəfindən rədd edildiyi üçün Bakı Türkiyənin olmayacağı formatı özü üçün qeyri-mümkün hesab etdi”, – deyə İqor Korotçenko vurğulayıb.

Onun sözlərinə görə, bütün faktorlar Azərbaycanın tərəfindədir.

“Zaman, tarixi ədalət – bütün bu amillər Azərbaycanın tərəfindədir. Əgər Paşinyan və onun Avropadakı havadarları Ankaranın da iştirak edəcəyi dürüst və açıq dialoqa hələ hazır deyillərsə, deməli, hələ zamanı gəlməyib”, – deyə rusiyalı ekspert fikrini tamamlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir