Dünya

“Birinci Kanal”ın keçmiş redaktoru həbs cəzasına məhkum edildi – VİDEO

Sharing is caring!


Rusiyanın paytaxtı Moskvanın Basmannı məhkəməsi “Birinci Kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovanı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilib.

Məhkəmə Marina Ovsyannikovanı qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə paytaxt prokurorluğundan məlumat verilib.

“Məhkəmə prokurorluğun mövqeyini nəzərə alaraq Ovsyannikovanın ümumi rejimli islah koloniyasında çəkilməsi üçün 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Məhkəmə, həmçinin dörd il müddətinə onu elektron və ya informasiya və telekommunikasiya şəbəkələrinin, o cümlədən internet saytlarının administrasiyası ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib”, – deyə məlumatda bildirilib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2022-ci il iyulun 15-də özünün ictimai kanalında Rusiya Silahlı Qüvvələri hərbçilərinin xüsusi hərbi əməliyyat zamanı hərəkətləri ilə bağlı fikirlərini əks etdirən video və foto yayımlayıb.

O, həmçinin “Birinci Kanal”da canlı yayımlanan “Vremya” verilişinin axşam buraxılışı zamanı studiyaya icazəsiz daxil olaraq Ukraynadakı müharibəyə etiraz əks etdirən plakat nümayiş etdirib.  

Marina Ovsyannikova 2022-ci ilin oktyabrında ev dustaqlığından qaçıb və harada olduğu məlum deyil. O, beynəlxalq axtarışa verilib və barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir