Dünya

Türkiyədə keçirilən antiterror əməliyyatında 37 nəfər saxlanılıb

Sharing is caring!


Türkiyənin hüquq-mühafizə orqanları İstanbul, Van, Şanlıurfa, Elazığ, Düzce, Diyarbəkir, Bursa, Edirne, Kırklareli, Kilis, İğdır, Hatay, Adana, Kahramanmaraş və Denizli vilayətlərində antiterror əməliyyatı keçirib.

Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib.

Onun sözlərinə görə, separatçı terror təşkilatına (BTÖ) qarşı keçirilən əməliyyat zamanı 37 nəfər saxlanılıb.

Bundan başqa, Ağrı vilayətində sərhədi qanunsuz keçməyə cəhd edən iki terrorçu məhv edilib.

Mənbə: Yeni Şafak

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir