Cəmiyyət

Sabirabadda baş verən qəzada bir nəfər ölüb

Sharing is caring!

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil beton dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin – Sabirabad rayonunun Türkədi kənd sakini, 2001-ci il təvəllüdlü Şəmmədov Bəybala Əli oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər 2 nəfər Sabirabad Rayon Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir