İdman

“Hakken”lə oyunöncəsi “Qarabağ”da son durum: İtkilər var

Sharing is caring!


“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hakken”lə səfər oyununa itkilərlə çıxacaq.

Oxu.Az xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə və sağ cinah müdafiəçisi Marko Veşoviç matçı buraxacaqlar. Bəhlul zədəlidir və bu səbəbdən Azərbaycan millisinə də dəvət olunmayacaq. Veşoviç isə zədəsini sağaltsa da, hazırda yalnız fərdi məşqlərlə kifayətlənir.

Əvəzində Redon Cica sağalıb. Norveçin “Molde” klubuna qarşı ilk qrup matçını (1:0) buraxan albaniyalı forvard meydana çıxmağa hazırdır.

“Qarabağ” zədəli oyunçularını da İsveçə aparıb. Həm Bəhlul Mustafazadə, həm Marko Veşoviç komandanın düşərgəsindədirlər. Hətta adı Avropa Liqası matçları üçün iştirak ərizəsinə daxil edilməyən Adama Diakabi də Göteborqa gedib.

Qeyd edək ki, sabah “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir