Dünya

Çağırış Kuboku: “Azərreyl” Ukrayna klubu ilə hər iki oyunu Bakıda keçirəcək

Sharing is caring!


“Azərreyl” voleybol klubunun Çağırış Kubokunun 1/32 final mərhələsində Ukrayna təmsilçisi “Balta” ilə oyunlarının vaxtı dəqiqləşib.

Bakı klubundan verilən məlumata görə, komandalar arasında razılığa əsasən, hər iki matç Bakıda təşkil olunacaq.

“Azərreyl” rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal ev sahibi olacaq.

Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüşlər saat 20:00-da başlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir