Dünya

Stoltenberq: “Rusiya ilə qarşıdurma uzun illər davam edə bilər”

Sharing is caring!

NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən alyans hadisələrin belə inkişafına hazır olmalıdır.

Bu barədə cümə axşamı NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“Biz uzun müddətə hazırlaşmalıyıq, bu, uzun illər çəkə bilər”, – deyə o, bəyan edib.

Stoltenberq əmin olduğunu bildirib ki, alyansa üzv olan 30 dövlət hələ də Ukraynanı dəstəkləməyə sadiqdir və onu silah – sursatla təmin etməyə hazırdır.

O hesab edir ki, Rusiya Federasiyasının uğuru ukraynalılar üçün faciəyə çevriləcək, həm də digər ölkələr üçün təhlükə yaradaraq beynəlxalq mübahisələrin güc yolu ilə həll oluna biləcəyini göstərəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir