Dünya

Tramp fırıldaqçılıq işi ilə bağlı dinləmələrdə iştirak edəcək

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda özünün və “Trump Organisation” şirkətinin müttəhim olduqları mülki fırıldaqçılıq işində bazar ertəsi keçiriləcək məhkəmə iclasında iştirak edəcəyini bildirib.

İşin mahiyyəti üzrə baxılması oktyabrın 2-nə təyin edilib. “Mən sabah səhər məhkəməyə gedirəm ki, korrupsioner və irqçi (Nyu-York Ştatının) baş prokuror Letitsiya Ceymsə qarşı adım və reputasiyam üçün mübarizə aparacağam”, – deyə Tramp “Truth Social”da yazıb.

Siyasətçi bu işi uydurma hesab etdiyini bildirib və xüsusilə qeyd edib ki, onun fikrincə, Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgah məhkəmədə hesab edildiyi kimi, 18 milyon dollar deyil, 50, hətta 100 dəfə daha bahadır.

Qeyd edək ki, Nyu-York prokurorları 2022-ci ilin sentyabrında Tramp və onun şirkətinə qarşı mülki fırıldaqçılıq iddiası qaldırıblar. Dövlət vəkili Letitsiya Ceymsin sözlərinə görə, şirkət kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyərini yanlış təqdim edib. Prokurorların fikrincə, aktivlər 2,23 milyard dollardan 3,6 milyard dollara qədər şişirdilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir