Cəmiyyət

Komitə sədri: “Qarabağ iqtisadi rayonu üçün dörd şəhərin baş planı hazırlanır”

Sharing is caring!


“Dinamik urbanizasiya dönəmində şəhərsalmanın əhəmiyyəti önəmlidir. Bizim şəhərlərimiz sürətlə inkişaf edir. Bu bizim ortaq gələcəyimizin açarıdır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Şəhərsalma Həftəsi 2023” forumunda çıxışı zamanı qeyd edib.

O bildirib ki, xalqları birləşdirən ortaq cəhət inkişafdır:

“Ümumi hədəflər yerli lokal proqramlarla əhatə edilməlidir. Dövlət və özəl əməkdaşlıq çərçivəsi proqramların icrasını vacib edir. Azərbaycan ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında yenidən quruculuq işlərinə başlayıb. Bu işlər davamlı olaraq gələcəyə hesablanmış addımlardır. Son illər ərzində Azərbaycan regionda ilk ölkədir ki, 2030-cu il proqramı ilə bağlı hesabat təqdim etməyə hazırlaşır. Çox qısa zamanda yəni son 15 il ərzində 56 şəhərin baş planını hazırlamışıq, təsdiq ərəfəsindədir. Baş planın 90 faizi hazırlanıb. Hazırda biz 7 şəhər və 4 Qarabağ iqtisadi zonası üçün baş plan hazırlayırıq. Qarabağda işğaldan azad edilmiş ərazilərdə kifayət qədər irihəcmli yenidənqurma işləri həyata keçirilir.

Cari bərpa-quruculuq işləri çərçivəsində urbanizasiya prosesi aparılır. Bakı ilk dəfə Dünya Məskunlaşma Gününü qeyd edir. Bu, tarixi andır. Bu bizim qlobal arenada növbəti uğurumuzdur. Bakı Azərbaycanın canlı şəhəridir və müasirliyin tarixi üslubla kəsişdiyi möhtəşəm şəhərdir. Şəhərdə kifayət qədər canlanma var. Müxtəlif memarlıq nümunələrindən keçmiş Bakı regionda dayanıqlı şəhərsalma prosesində digər şəhərlər üçün ilham mənbəyinə çevrilib”.

A.Quliyev qeyd edib ki, bu forum artıq regional müstəvidə də özünü doğruldub:

“İnnovativ yanaşmalar, Şəhərsalma prosesində müxtəlif platformalarda müzakirələr proseslərin gedişatına müsbət təsir edir. Bakıda sakinlər üçün həyat keyfiyyətinin artırılması üçün ciddi addımlar atılır. Bu bir daha şəhərlərin gələcəkdə müsbət dəyişikliyə doğru gedişatına təkan verir. Təkcə iqtisadi rifahla deyil, ekoloji cəhətdən də mühüm addımlar atılır. Komitəmiz tərəfindən işğaldan azad edilən ərazilərdə də misli görünməmiş bərpa prosesləri aparır. 8 şəhərin və 100 ə yaxın qəsəbənin baş planını hazırlamışıq. 1,37 ha ərazini əhatə edən bu genişmiqyaslı addımları atmışıq. Logistika, sənaye zonalarının yaradılmasına çalışırıq. Bu indi və gələcəkdə də davam edəcək. Qlobal ekosistemin materiyası kimi atılan addımlar gələcək cəmiyyətin həyatında mühüm iz qoyacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir