Dünya

İtaliya və Liviya on ildən sonra kommersiya uçuşlarını bərpa ediblər

Sharing is caring!


İtaliya və Liviya on illik fasilədən sonra şənbə günü kommersiya uçuşlarını bərpa ediblər.

Məlumata görə, bundan sonra ölkələr arasında uçuşlar həftədə bir dəfə həyata keçiriləcək.

Şənbə günü uçuş Liviyanın “Medsky Airways” aviaşirkəti tərəfindən həyata keçirilib. Sərnişinlər Tripolidəki Mitiqa beynəlxalq hava limanından Romadakı Leonardo da Vinçi hava limanına yola düşüblər.

Romadan qayıdan təyyarə şənbə günü gecə yarısı Tripoliyə enəcək, lakin sonrakı həftələrdə geri uçuş çərşənbə günləri yerinə yetiriləcək.

Xatırladaq ki, 2011-ci ildə NATO-nun Liviyada Müəmmər Qəddafi hökumətinə qarşı keçirdiyi hərbi əməliyyatdan sonra İtaliyadan Liviyaya kommersiya uçuşları qadağan edilib.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir