İdman

İki futbol komandası oyunlarda diz çökməməyə qərar verdi

Sharing is caring!

İngiltərənin iki klubunun – “Suonsi” və “Bristol Siti”nin oyunçuları matçlardan əvvəl diz çökməyi dayandırmaq qərarına gəliblər.

“Biz oyunçuları 100% dəstəkləyirik. Bizim futbolçularımız Ris Uillyamsla bağlı vəziyyətin necə həll olunmasından məyus olublar (“Liverpul”dan icarəyə götürülmüş oyunçu keçən mövsüm “Luton” azarkeşi tərəfindən irqçi təhqirə məruz qalmışdı – red). Onlar hiss edirlər ki, diz çökməklə çox az təsir göstərirlər. Oyunçular bu jestin mənasını itirdiyini düşünürlər. Bu, onların qərarıdır və biz bu məsələdə onları tam dəstəkləyirik. Onlar bunu simvolik bir jest kimi görürlər”, – deyə “Suonsi” meneceri Rassell Martin bildirib.

“Bristol”dan da oyunçularının artıq diz çökməyəcəkləri, ancaq irqçilik əleyhinə kampaniyalarını davam etdirməyə qərar verən rəqib futbolçuları alqışlayacaqları bildirilib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir