Dünya

Ukraynada türk əsgərlərinin basdırıldığı yerdə memorial abidə ucaldılıb – FOTO

Sharing is caring!


Ukraynada Osmanlı imperiyası əsgərlərinin daha bir qardaşlıq qəbiristanlığı aşkar olunaraq yerində memorial abidə ucaldılıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 1877-81-ci illərdə Çar Rusiyası ilə Osmanlı imperiyası arasında baş verən müharibə zamanı əsir götürülən türk əsgərlərindən 49-nun qəbri Ukraynanın Vinnitsa vilayətinin Strajavska qəsəbəsi ərazisindədir.

Vinnitsa Vilayət Administrasiyasının verdiyi məlumata görə, həmin dövrdə Rusiya imperiyası tərəfindən əsir götürülən Osmanlı əsgərləri imperiyanın müxtəlif yerlərinə aparılıblar. Onlardan 49-u Ukraynanın Vinnitsa ərazisində həlak olub və burada da kütləvi dəfn olunub. Kütləvi qəbiristanlıq itmək təhlükəsi ilə üz-üzə qalan zaman yerində polşalı zadəgan tərəfindən kiçik abidə qoyulsa da, sonradan yararsız hala düşüb. Hazırda isə həmin zadəganın nəvəsi, Polşadan olan Henrik Qroholksinin təşəbbüsü, Vinnitsa vilayəti Azərbaycan Cəmiyyətinin sədri Əliş Səfərovun və şəhər deputatı Teymur Abuşovun da dəstəyi ilə həmin yerdə memorial abidə ucaldılıb.

Abidənin açılışında Henrik Qroholski, Əliş Səfərov, Türkiyə və Azərbaycan səfirliklərinin münayəndələri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev, yəhudi və polyak icmalarının nümayəndələri, Roma Katolik Kilsəsinin və Ukrayna Pravoslav Kilsəsinin ruhaniləri, müsəlman ruhanilərinin nümayəndələri, Vinnitsa Vilayət Hərbi Administrasiyasının Millətlər və Dinlər üzrə İdarəsinin rəisi İqor Saletski, yerli rayon rəhbərliyi iştirak ediblər.

Vinnitsa muzeyinin direktoru Aleksandr Fedorışen iştirakçılara mövzu ilə bağlı memorialın tarixi, SSRİ-nin totalitar rejimi dövründə bunun yerində olan abidənin dağıdılıb tarixinin gizlədilməsi və sair barədə məlumat verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir