Dünya

Urmiya gölünün qurudulmasına qarşı daha bir simvolik etiraz aksiyası keçirilib – FOTO/VİDEO

Sharing is caring!


Təbriz şəhərində Güney Azərbaycan rəqs kursunun bir qrup üzvü video paylaşaraq Urmiya gölünün qəsdən qurudulmasına simvolik etirazlarını nümayiş etdiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Rəqs qrupunun üzvləri Urmiya gölünün təsviri və üzərində “Nəfəs, su, torpaq” yazısı olan köynəklər geyinərək etirazlarını bildiriblər.

Videoda rəqs qrupunun üzvlərindən biri deyir:

“Bizə su, bizə nəfəs, günəşə deyin çıxmasın daha, tufanlar gəlməsin, şimşəklər çaxsın, buludlar oynasın, gözlər ağlasın. Körpəmiz (Urmiya gölü) susuzdur!”

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir