Dünya

“Barselona” Kluyvertin oğlu ilə müqavilə imzaladı

Sharing is caring!


“Barselona” əfsanəvi futbolçu Patrik Kluyvertin oğlu Şeyn Kluyvertlə peşəkar müqavilə imzalayıb.

Bu barədə Kataloniya klubunun saytı məlumat yayıb.

Sentyabrın 24-də Şeynin 16 yaşı tamam olub. Bu da “Barsa”ya onunla peşəkar müqavilə bağlamağa imkan verib. Niderlandlı vingerlə imzalanan sözləşmənin müddəti üç ildir.

Gənc hücumçu doqquz yaşından “Barselona” akademiyasındadır. Daha əvvəl o, Fransanın PSJ klubunun akademiyasında olub.

Şeyn Klyuvert Niderlandın U-16 millisində oynasa da, lakin fərqlənməyi bacarmayıb.

Qeyd edək ki, Partik Kluyvert 1998-2004-cü illərdə Kataloniya təmsilçisində oynayıb. O, sonralar klubun akademiyasında da çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir