Dünya

İranda İran-ABŞ vətəndaşlığı olan yəhudi məhbus ölüb – FOTO

Sharing is caring!


Tehrandakı “Evin” zindanında saxlanılan və İran-ABŞ vətəndaşlığı olan yəhudi Fəramərz Cavidzad adlı məhbus həyatını itirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına (HRANA) istinadla xəbər verib.

Məlumata görə, onun ölüm səbəbi lazımi tibbi yardımın göstərilməməsi və həbsxana rəhbərliyi tərəfindən xəstəxanaya göndərilməsinin qəsdən gecikdirilməsi nəticəsində olub.

HRANA əlavə edib ki, o, ürək-damar xəstəlikləri, şəkərli diabet və mədə qanaxmasından əziyyət çəkirmiş.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir