Dünya

Edinburqda Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib – FOTO

Sharing is caring!


Şotlandiyanın Edinburq şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiya keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri Edinburq şəhərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib. Səkkiz saat davam edən aksiya zamanı avtomobil Edinburqun “Royal Mile”, “Princess Street”, “George Street”, “Victoria Street”, “High Street”, “North Bridge”, “Castle Street” və digər küçələrindən keçməklə yerli sakinlərin diqqətini cəlb edib.

Məlumatlarda Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycan torpaqlarında 1,5 milyon mina basdırıldığı, 147 988 hektar ərazinin yüksək səviyyədə, 675 570 hektar ərazinin isə orta və aşağı səviyyədə çirkləndirildiyi, Ermənistanın Azərbaycana qarşı mina terroru törətməsi nəticəsində 1991-ci ildən bu günə qədər arasında qadın və uşaqlar da olmaqla 3 393 mina qurbanının olduğu kimi faktlar, #stoparmeniancrimes, #MapsForKarabakhSafety, #KarabakhSafety kimi həştəqlər yer alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir