Dünya

“Survivor” iştirakçısı zəlzələdə sevgilisini itirdi: “Biz yarıda qalmadıq, məhşərə qaldıq” – FOTO

Sharing is caring!

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə “Survivor” iştirakçısı Aşkım Burçe Tunayın sevgilisi Yiğit Can Datlı həyatını itirib.

“Survivor-2020” mövsümü ilə tanınan gimnast Aşkım Burçe acı xəbəri sosial şəbəkədə paylaşıb. O, sevgilisi ilə çəkdirdiyi videosunu yayımlayıb.

“Allah deyir ki, kimi məndən çox sevsən, onu səndən alaram. Və əlavə edir ki, “Onsuz yaşaya bilmərəm”, – demə, səni onsuz yaşadaram. Biz yarıda qalmadıq, söz verirəm, məhşərə qaldıq”, – deyə Aşkım Burçe videoya şərh yazıb.

“Üzünü görməyə cəsarət edə bilmədim ilk əvvəl. Əslində bu, mənim özümü aldatmaq üsulum idi, çünki üzünü görsəydim, həyatda olmadığına inanmaq məcburiyyətində qalacaqdım artıq… Amma son dəfə baxmalı idim sənə, son dəfə səni sevdiyimi deməli idim. Bilirəm, haradansa məni izləyirsən. Qəlbim sənin evindir, söz verirəm, o evə çox yaxşı baxacağıma söz verirəm”, – deyə o əlavə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir