Dünya

Fidan, Lavrov və Abdullahian Nyu-Yorkda görüş keçiriblər

Sharing is caring!


Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov və Hüseyn Əmir-Abdullahian BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Astana formatında görüş keçiriblər.

Görüşdən bir qədər öncə Rusiya və İran XİN başçıları arasında təkbətək qısa görüş olub. Daha sonra Fidan da onlara qoşulub.

Birgə şəkil çəkdirdikdən sonra nazirlər danışıqları bağlı qapılar arxasında davam etdiriblər. Müzakirələrə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersen də qoşulub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir