Dünya

Litvada bazarlarda vaxtı keçmiş məhsullar da satılacaq

Sharing is caring!


Litva vaxtı keçmiş məhsulların satışına icazə verməyi planlaşdırır.

Qanun layihəsi hazırda Seymdə nəzərdən keçirilir.

Bildirilir ki, layihə müəllifləri ölkədə ərzaq israfını bu yolla azaltmaq istəyirlər.

Məlumata görə, vaxtı ötsə də, makaron, qəhvə, un, şəkər və günəbaxan yağı istifadəyə yararlı hesab ediləcək.

Hesab olunur ki, bu, aztəminatlı litvalılara pula qənaət etməyə imkan verəcək, satıcılar isə məhsulu satmaq və ya xeyriyyəçilik üçün ianə vermək seçimi edə biləcəklər.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir