Siyasət

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək

Sharing is caring!


BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşin Fövqəladə Yardım Koordinatoru və Baş Katibin Humanitar Məsələlər üzrə müavini Martin Qriffits Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Bu barədə BMT rəsmisi “Report”un ABŞ bürosuna açıqlamasında deyib.

O, bildirib ki, sabah baş tutacaq görüşdə BMT və Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, regionla bağlı problemli məsələlər və eləcə də, Ermənistan-Azərbaycan münasibətləri müzakirə olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir