Dünya

Lampeduzada miqrantların sayı yerli sakinlərdən üç dəfə artıq oldu – VİDEO

Sharing is caring!


İtaliyanın Lampeduza adasında vəziyyət getdikcə çıxılmaz hal almağa başlayıb. Belə ki, son 24 saat ərzində adaya göyərtəsində 1900 qeyri-qanuni immiqrant olan daha 20 gəmi daxil olub. Beləliklə, Afrika qitəsindən gələn miqrantların sayı yerli sakinlərin sayını üç dəfə üstələyib.

Hazırda Lampeduzada 18 mindən çox afrikalı miqrant cəmləşib. Adanın yerli əhalisinin sayı isə altı min nəfərdir.

Xatırladaq ki, İtaliyada Afrikadan gələn kütləvi miqrant axını səbəbindən altıaylıq fövqəladə vəziyyət elan edilib.

Mənbə: KP.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir