Dünya

Ərdoğanın orduya əməliyyat əmrini verdiyi görüntülər yayılıb – FOTO/VİDEO

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqın şimalında və Suriyada terrorçuların baza kimi istifadə etdiyi bölgələrdə “Pəncə-Qılınc” hava hərəkatının icrasına göstəriş verdiyi görüntülər paylaşılıb.

Kadrlarda Türkiyənin müdafiə naziri Hulusi Akarın İndoneziya səfərindən sonra Ərdoğana hesabat verdiyi görünür.

Məhz Akarın verdiyi məlumat əsasında prezident Ərdoğanın əməliyyatla bağlı göstəriş verdiyi bildirilir.

Qeyd edək ki, “Pəncə-Qılınc” hava hərəkatı ilə Suriya və İraqın şimalındakı terror hədəfləri məhv edilib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir