Dünya

ABŞ-də bir ilk: Baydenin namizədliyini irəli sürdüyü afroamerikalı Baş Qərargaha rəhbər təyin edildi – FOTO

Sharing is caring!


ABŞ-də Baş Qərargah Rəisləri Komitəsinə yeni rəhbər təyin olunub.

Bu vəzifəni Amerika Hərbi Hava Qüvvələrinin komandanı, general Çarlz Braun icra edəcək.

Çarlz Braunun bu vəzifəyə namizədliyi Amerika Prezidenti Co Bayden tərəfindən irəli sürülüb və yerli senat tərəfindən təsdiqlənib.  

Hərbi Hava Qüvvələrinin komandanı 2019-cu il oktyabrın 1-dən ABŞ Baş Qərargahına rəhbərlik edən general Mark Millini əvəz edəcək.

1962-ci ildə Texas ştatının San-Antonio şəhərində anadan olan Çarlz Braun hərbi sülalənin nümayəndəsidir. Braun qərargah rəisi təyin edilən və ümumiyyətlə, ABŞ Silahlı Qüvvələrində hər hansı bölməyə rəhbərlik edən ilk afroamerikalı olub. O, 1984-cü ildən ABŞ Silahlı Qüvvələrində xidmət edir. Braun 2018-2020-ci illərdə Sakit Okeanda ABŞ Hərbi Hava Qüvvələrinə  komandanlıq edib. İki il əvvəl, 2016-2018-ci illərdə o, Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəis müavini vəzifəsində çalışıb. Çarlz Braunun məsuliyyət sahələrindən biri də Yaxın Şərq olub.

Mənbə: “ABC-News”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir