Dünya

Mahir Emreli oynadı, “Dinamo” “Astana”ya beş qol vurdu

Sharing is caring!


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan “Astana”sını qəbul edib. Oyun Bakı “Dinamo”sunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

M.Emreli də bu oyunun iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və 65-ci dəqiqədə Luka Menalo ilə əvəzlənib.

Xatırladaq ki, “Dinamo” ilə “Astana” bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində də qarşılaşıblar. Hətta cavab görüşündə M.Emreli baxımlı qola imza atıb. “Dinamo” 2 oyunun cəmində (4:0, 2:0) qalib gələrək 3-cü təsnifat mərhələsinə adlamışdı. Lakin Zaqreb klubu bu dəfə AEK səddini keçə bilməyib və Avropa Liqasının pley-off mərhələsində çıxış edib. Burada Praqa “Sparta”sına uduzan (3:1, 1:4) “Dinamo” Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

Bu qrupun digər matçında isə  “Viktoriya” (Çexiya) “Balkani” (Kosovo) ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

C qrupu

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) – 5:1

Qollar: Petkoviç, 43-pen; Bulat, 58, Marin, 85, Haliloviç, 90+3 – Hovhannisyan, 78.

23:00. “Viktoriya” (Çexiya) – “Balkani” (Kosovo) – 1:0

Qol: Kalvax, 73.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir