Cəmiyyət

Sumqayıtda bıçaqlanma hadisəsi olub, saxlanılan var

Sharing is caring!


Sumqayıtda bıçaqlanma hadisəsi olub, saxlanılan var.

“Report” xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Elnur Əhmədov aralarında baş verən mübahisə zamanı Asəf Həmidova bıçaqla döş qəfəsi nahiyəsindən bir dəfə vuraraq daxilə keçən xəsarət yetirib.

Asəf Həmidov dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, Elnur Səfər oğlu Əhmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir