Dünya

Artur Ağacanov: “Qarabağ ermənilərinin təhlükəsizliyinin ən yaxşı təminatçısı Azərbaycan Prezidentidir”

Sharing is caring!


Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov rayon sakinlərinə müraciət edib.

“Əziz Qarabağ erməniləri! Sizin bütün bəlalarınızın günahkarı keçmiş qondarma “liderlər” – Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və başqalarıdır. Bu satqınlar “rejimi” bir vaxtlar çiçəklənən regiona – Qarabağa və bir sıra rayonlara rəhbərlik ediblər.

Nəhayət, Azərbaycan hakimiyyəti öz ərazisindəki “boz zona”nı aradan qaldırmaq, eləcə də Qarabağ ermənilərini bu “rejim”dən azad etmək üçün  tədbirlər görməyə məcbur olub. Bəli, məhz azad etmək, çünki Azərbaycanın tərkibində yaşamaq istəyən kifayət qədər Qarabağ erməniləri var.

Qorxmayın, keçmiş marionet rejimin nümayəndələri artıq yoxdur. Azərbaycanın rəsmi orqanlarının nümayəndələri ilə açıq şəkildə müzakirələr edin. Əminəm ki, biz bütün lazımi təhlükəsizlik təminatlarına malik olacağıq. Təhlükəsizliyin ən yaxşı təminatçısı isə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan xalqıdır”, – deyə “İnterfaks-Azərbaycan” agentliyi onun müraciətini yayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir